İstifadəçi razılaşması

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan respublikasının qanunun 15-ci maddəsinə əsasən,
 "Micro.az" pərakəndə satış şəbəkəsindən alınmış malın xüsusiyyətləri istehlakçının tələblərini ödəməzsə, o aşağıdakı hallarda həmən malı tələb olunan xüsusiyyətlərə uyğun olan mala, alınma günü sayılmamaq şərti ilə 14 gün ərzində dəyişdirə bilər:

"- əldə edilmiş mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya sözügedən malın dəyərinin ödənilməsini təsdiq edən digər sənəd saxlanıbsa." 

Mallar aşağıdakı hallarda dəyişdirilə bilməz: 

"Təyinatı üzrə və ya diqər şəkildə istifadə olunubsa.  Həmən mala hər hansı bir kabellər, USB cihazlar qoşulubsa.
Həmən mal elektrik şəbəkəsinə və ya digər enerji mənbələrinə, mobil və peyk rabitə şəbəkələrinə, simsiz siqnallar mənbələrinə, su, qaz xətlərinə, istilik və kanalizasiya sistemlərinə qoşulubsa."